Logo

Qazaxda hoteldə tapılan meyidin kimliyi məlum oldu

Qazaxda hoteldə tapılan meyidin kimliyi məlum oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qazaxda hoteldə aşkar olunan meyidin kimliyi müəyyənləşib.

Sfera.az-ın məlumatına görə, Gürcüstan Respublikası ilə sərhədin yaxınlığında, rayonun İkinci Şıxlı kəndi ərazisində yerləşən “Qala” hotelində tapılan cəsəd Qazaxıstan vətəndaşı, 1978-ci il təvəllüdlü Vitali Sputnikova məxsusdur. Müayinədən sonra meyitin üzündə çapılmış yara olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, ilkin versiyaya görə Vitali Sputnikov həmin vaxtı içkili olub və çox güman ki, özünü pis etdiyindən yıxılıb.

Bu zaman o yerə dəyib və alın nahiyəsində çapıq əmələ gəlib. Baş inspektor ölümün dəqiq səbəbinin araşdırmalardan sonra məlum olacağını əlavə edib. Faktla bağlı prokurorluqda araşdırmalar aparılır.  

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR