Milyardlarla manat pul banklardan kənarda dövr edir – Mərkəzi Bank açıqladı
Kateqoriya məlum deyil
Bu ilin aprelində banklardan kənarda olan nağd pulun həcmi 310 milyon manat artaraq 10,835 milyard manatı ötüb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, martda banklardan kənarda 10,525 milyard manat pul var idi. Bir ayda nağd pulun həcmi 2,95 faiz artıb.
Rəsmi məlumatlara əsasən banklardan kənarda olan nağd pulun həcmi ümumi pul kütləsinin 30,4 faizini təşkil edir. Son illərdə banklardan kənarda olan pulun payı xeyli azaldılsa da, hələ də nisbət çox böyükdür.
Mərkəzi Bank bildirir ki, 2012-ci ildə bütün pulların 55 faizindən çoxu banklardan kənarda idi. 2015-ci ildə bu göstərici 22 faizə düşsə də 2019-cu ildə 33 faizə yüksəlib.
Hazırkı səviyyə 2 il əvvəlki göstəricidən kəskin fərqlənmir.
Vasif
Sfera.az






