Logo

Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanıldı

Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Hünərli kəndində xidmətdə olan zaman Füzuli rayon sakini Vəzir İbrahimovun  idarəsində olan “VAZ-2106” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar. Avtomobilə baxış keçirilən zaman həmin ərazilərdən topladığı naqil və digər əşyalar aşkar edilib.

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxs barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR