Rusiyada yaşayan azərbaycanlıdan Rövşən haqda hər kəsi kövrəldən - MƏKTUB
Bu hadisəyə bəlkə də çoxları inanmayacaq amma bir Allah şahiddir ki, dediklərim həqiqətdir.
Məni tanıyan bütün dostlarımız hər zaman kriminal dünyanın təbliğinin əleyhinə olduğumu və bu mövzuda xeyli mübahisələr etdiyimi bilir. Ancaq bugün qətlə yetirilən Rövşən Lənkəranski ilə bağlı bir xatirəmi bölüşməyə bilmirəm.
2012-ci ildə yaxın dostlarımdan biri ilə Ukraynanın Kiyev şəhərində idik. Kiyevə ilk dəfə gəlirdik, şəhəri tanımırdıq. Təsadüfən restoranların birində oturduq. Sən demə bu restoran Kiyevin ən problemli, turistlərə "atmaq" üçün münasib olan məkanlarındanbiri imi. Xülasə, restoranda yeyib, hesabımızı istədik. Hesab menyudakı qiymətlərdən xeyli fərqləndi, daha baha oldu. Səbəbin sorusduqda içkilərin qiymətinin menyudakından fərqli olduğunu dedilər. Bu hesabı verməyəcəyimizi, yalnız öz yediyimizin pulunu menyudakı qiymətlərə uyğun ödəyəcəyimizi dedik. Onlar bildirdi ki, deyin pul gətisinlər. Biz isə söylədik ki, hesabı verməyə pulumuz var, ancaq bu saxta hesabı ödəmək fikrində deyilik. Qanunla izah etdik ki, bu etdikləri doğru deyil və onlardan şikayət edəcəyik.
Restoran sahibləri isə bu sözlərimizin əvəzində restoranın bir neçə qolu zorlu mühafizəçisini çağıraraq, telefonlarımızı əlimizdən aldı və ödəniş etməyəcəyimiz təqdirdə buradan çıxa bilməyəcəyimizi dedilər. Çıxılmaz durum idi. Gördük ki, bu adamlara qanunu xatırlatmaq heç neyə yaramır. Dostumuz işin mənəvi tərəfinə keçərək bu addımın kişiliyə yaraşmadığı dedi. Bu zaman münasibət daha da aqressivləşdi və restoran sahibləri "vorovskoy" stilə keçərək bizə dediki siz nə bilirsiz ki, nə bizə yaraşır, nə yox... Bu anda dostum tam təsadüfən, biraz da öz aramızda zarafatyana dedi ki, o Rövşən Lənkəranskinin yerlisi və qohumudur. Yaxşı bilir ki, nə səhvdir, nə yox... Özümüz də şok olduq, mühafizəçilər yanımızdan aralanıb, hansısa otağa keçdilər. 3-5 dəqiqə sonra Adminstratorla birgə qayıtdılar. Adminstrator yaranmış duruma görə üzr istədi və hətta ödəməli olduğumuz real məbləği də bizdən almadan hörmətlə yola saldı....
Allah rəhmət eləsin!
Sfera.az






