Logo

İstanbul polisi "Lənkəranski" əməliyyatına başladı - SON DƏQİQƏ - FOTO

İstanbul polisi "Lənkəranski" əməliyyatına başladı - SON DƏQİQƏ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İstanbulda qətlə yetirilmiş azərbaycanlı kriminal avtoritet, "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevə sui-qəsdlə bağlı araşdırmalar davam edir.

İstanbul polisi "Lənkəranski" əməliyyatına başladı - SON DƏQİQƏ - FOTO

Milli.Az-ın əldə etdiyi məlumata görə, İstanbul Əmniyyət Müdirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusi qrup yaradılıb. Qrupa İstihbarat, Asayiş və Təhlükəsizlik idarələrinin müstəntiqləri ilə zabitləri cəlb olunublar.
Xüsusi qrupa Təhlükəsizlik İdarəsinin rəisi Arif Çankalın rəhbərlik etdiyi iddia edilir. Təhqiqatın koordinasiyasını isə Asayiş İdarəsinin rəisi Murat Koçak həyata keçirir.

İstanbul polisi "Lənkəranski" əməliyyatına başladı - SON DƏQİQƏ - FOTO

İstanbulun Beşiktaş səmtindəki Cihannüma məhəlləsində, Saray Caddesində həyata keçirilən sui-qəsddə R.Lənkəranskinin olduğu Range Rover avtomobilinə 2 nəfərin atəş açdığı bəlirlənib. Onların biri lüləsinə səsboğucu taxılmış son model Uzi avtomatı, digəri isə Glock 18 tapançaları ilə silahlanmışdı.
Rövşən Lənkəranskinin olduğu 34 NL 2356 nömrəli maşına 23 güllə dəyib. Gülləbaranda bir nəfər həlak olub, aralarında Rövşən Lənkəranski olmaq şərtilə 3 nəfər də yaralanıb.

İstanbul polisi "Lənkəranski" əməliyyatına başladı - SON DƏQİQƏ - FOTO

R.Lənkəranskinin sürücüsü, 33 yaşlı İbrahim Akyıldız aparıldığı "Florance Nightingale Hastanesi'"nin reanimasiya bölməsində keçinib.

Bir qədər sonra isə R.Lənkəranski də xəstəxanada keçinib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR