Logo

Dünyanı sarsıdan o suriyalı uşağın həkimi danışdı: "Qışqırmırdı, ağlamırdı, şok halında idi"

Dünyanı sarsıdan o suriyalı uşağın həkimi danışdı: "Qışqırmırdı, ağlamırdı, şok halında idi"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İki gün öncə bombalanan Hələb şəhərində dağıntılar altından çıxarılmış, üzü toza və qana bulaşmış Ümran adlı oğlan uşağının kadrları dünyanı sarsıtmışdı.

Avropa.info xəbər verir ki, hadisə ilə bağlı suriyalı jurnalist Mustafa əl Sarut "Guardian” qəzetinə müsahibə verib.

"Dağıntılar altından çıxarılan çox uşaq gördüm. Amma bu uşağın o məsum halı ilə nə baş verdiyindən xəbəri yox idi. Əlini üzünə qoydu və qan gördü. Başına nə gəldiyini bilmirdi” – deyib.

Uşağı müalicə edən hələbli həkim Məhəmməd bumbuz xasiyyətli bu uşağın onları təəccübləndirdiyini bildirib:

"Tam bir şok vəziyyətində idi. Baş verənlərə çaşıb qalmışdı. Alnındakı yara üzündən üzü qana, bədəni də toza bulaşmışdı. Bombardmanacan evində təhlükəsiz şəkildə oturur, bəlkə də yatırdı. Sonra evi başına uçdu. Biz onu müalicə edərkən qışqırmırdı, ağlamırdı, şok halında idi”.

Ümran ailəsi də xilas edildikdən bir neçə saat sonra evinə göndərilib. Başından yaralansa da, yarası çox ciddi olmayıb. Böyük bacısı və qardaşı ilə bərabər təcili tibb yardım maşını ilə xəstəxanaya aparılıb. Atası da üzü qan içində evdən çıxıb. Ümran xilas edildikdə bir saat sonra bina tamamilə çöküb.

"Guradian”a müsahibə verən Sarut çəkdiyi kadrların bu qədər marağa səbəb olmasına təəccüb edərək bunları deyib:

"Bu uşaqlar hər gün bombalanır. Bu istisna hal deyil. Bu Rusiya və Suriya hökumətlərinin hava hücumlarından sonra ortaya çıxan bir reallıqdır. Bu uşaq Suriya səhərlərlərində yaşayan milyonlarla uşağı təmsil edir".

Sarut İmranın yaşadığı məhəllənin digər evlərinin bombalandığını görüb:

"Məhəllədə çox böyük dağıntı vardı. Xeyli yaralı vardı, bəlkə 13-14. Bombardman baş verəndə küçələrdə gəzən insanlar vardı. Binaların içinə qaçdılar. Binalar uçunca dağıntıların altında qaldılar. Beş ildir məsum uşaqların, mülki şəxslərin ölməsi həqiqəti ilə üz-üzəyik”. 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR