"İllər öncə Rövşən Lənkəranskinin toyunda oxumuşdum" - FOTO
Kateqoriya məlum deyil
Ötən gün İstanbuldan gələn Rövşən Lənkəranskinin qətli xəbəri həmyerlilərimizin çoxunu üzdü.
Milli.Az xəbər verir ki, sadə vətəndaşlarla yanaşı, sənət adamları da bu xəbərdən üzüldüklərini sosial şəbəkə hesablarında qeyd ediblər. Müğənni Nadir Qafarzadə də Lənkəranskinin qətlinə ən çox üzülən azərbaycanlı məşhurlardan biridir. Müğənni Rövşənin ölüm xəbərinə üzüntüsünü sosial şəbəkə hesabında bu sözlərlə ifadə edib:
"Axşamınız xeyir, dostlar! Bu xəbər bir vətəndaş olaraq məni çox sarsıtdı. Tanışlığımız olmasa da, eşitdiyimə görə, qeyrətli bir oğulu - Rövşən qardaşımızı - itirdik. Rəhmətliyin toyunu illər öncə mən oxumuşdum. Allah yaxınlarina səbir versin! Başın sağ olsun, Azərbaycan! Xalqımızın axır qəmi olsun!"






