Rövşən Lənkəranski dəfn olunur - FOTOLAR/VİDEOLAR (YENİLƏNİR)
Məsciddə qılınan cənazə namazından sonra Rövşən Ləkəranskinin nəşi dəfn olunmaq üçün Lənkəran şəhəri Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbirstanlığına aparılıb.
Dəfn mərasimi iştirakçılarının çoxluğu ilə əlaqədar "Şəhidlər xiyabanı" küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Küçəyə yolboyu qərənfillər səpilib.
Mərasimdə 10 minə yaxın insan iştirak etdiyi bildirilir.
Lənkəranski atası Rafiq Canıyevin yanında dəfn olunacaq. (report.az)
Kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyevlı vida mərasiminə bir sıra kriminal avtoritetlər də qatılıb.
Teleqraf.com-un xəbərinə görə, onlar cənazə namazında iştirak ediblər. Vida mərasiminə qatılanların sayı çox olduğundan məcsidə girişə məhdudiyyət qoyulub.
Xəbərə görə, kriminal avtoritetlər vida mərasimi zamanı oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduzun asıldığı yerdə əyləşiblər.
***
Dünən Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskiyə Lənkaranda yas mərasimi təşkil edilib.
Teleqraf.com-un hadisə yerində olan müxbiri xəbər verir ki, səhər saatlarından başlayaraq insanlar yas mərasiminə gəlirlər.
Qardaşları Lənkəranskinin adına əklil hazırlatdırıblar.






