Logo

Qumbaraatanlar, pulemyotlar, avtomatlar: Xocavənddə xeyli silah-sursat aşkar edildi - VİDEO

Qumbaraatanlar, pulemyotlar, avtomatlar: Xocavənddə xeyli silah-sursat aşkar edildi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xocavənddə xeyli sayda silah-sursat tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, silahları Xocavənd RPŞ-nin əməkdaşları rayon ərazisində keçirdiyi tədbirlərlə aşkar ediblər.

Tapılan səkkiz avtomat, beş qumbaraatan, üç pulemyot, 1 632 müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR