Logo

Şəhid Xudayarın adından saxta "Tik-Tok" açıb görün nə etdilər... - ANASI POLİSƏ MÜRACİƏT EDƏCƏK - FOTO

Şəhid Xudayarın adından saxta "Tik-Tok" açıb görün nə etdilər... - ANASI POLİSƏ MÜRACİƏT EDƏCƏK - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Oğlumun adından "Tik-Tok" səhifələri açırlar, izləyici yığdıqdan sonra həmin səhifələrin adını dəyişib satırlar. Bu hal mənə çox pis təsir edir. Xahiş edirəm belə dələduzlara qarşı tədbir görülsün".

Bu sözləri Bizim.Media-nın Qarabağ bürosuna Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bildirib.

O qeyd edib ki, dəfələrlə oğlunun adına "Instagram" və "Tik-Tok" səhifələri yaradılıb.

"Hazırda həmin səhifələrin bir neçəsi mövcuddur. Onun bizim ailə ilə heç bir əlaqəsi yoxdur. Paylaşımlarda izləyici yığmaq üçün oğlumdan istifadə edilməsi əsəblərimə toxunur. Bu, yolverilməzdir", - deyə Radə Qurbanova bildirib.

Şəhid anası bu barədə hüquq mühafizə orqanlarına da şikayət edəcəyini bildirib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR