Logo

Həştərxan-Bakı aviareysi bərpa olunur

Həştərxan-Bakı aviareysi bərpa olunur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın “Azimut” aviaşirkəti 30 may tarixindən etibarən Həştərxan-Bakı-Həştərxan marşrutu ilə uçuşları bərpa edəcək.

Sfera.az  xəbər verir ki, uçuşlar həftədə iki dəfə bazar ertəsi və cümə günləri cədvəl üzrə həyata keçiriləcək.
Həştərxandan (yerli vaxtla) uçuş saat 12:45-də, Bakıya eniş saat 14:10-da, əks istiqamətdə - Bakıdan uçuş saat 15:10-da, Həştərxana eniş saat 16:40-da yerinə yetiriləcək.

Əlavə rüsumlar nəzərə alınmadan bir istiqamətə biletin qiyməti 80 avrodan başlayır.

Qeyd edək ki, hazırda aviaşirkət Bakıya Mineralnıye Vodı və Soçidən uçuşlar həyata keçirir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR