Rəşad Dağlı bu meyxanaya görə üzr istəyib - Qalmaqallı deyişmənin VİDEOSU

Rəşad Dağlı bu meyxanaya görə üzr istəyib - Qalmaqallı deyişmənin VİDEOSU
Tanınmış meyxanaçı Rəşad Dağlı bir neçə gündür sosial şəbəkələrin fenomeninə çevrilib.

Buna səbəb Rəşad Dağlının Masallıda keçirlən toy mərasimindəki meyxana deyişməsində "Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” misrasını səsləndirməsidir.

Bu məsələ demək olar ki, gündəmi zəbt edib. Sosial şəbəkələrdə Rəşad Dağlını təhqir edən də, qınayan da var, onun müdafiəsinə qalxan da… Bəzi media orqanları da neçə gündür hadisəyə dair yazılar tirajlayır. Bu yazılarda da meyxana ustasına fərqli mövqelərdən yanaşılır.
 
Rəşad Dağlının özü bu məsələylə bağlı üzr videosunu paylaşıb və bildirib ki, o, meyxana deyişməsi zamanı fikrini düzgün çatdıra bilməyib.. Tələskənlikdən bədahətən dediyi sözdə xəta edib.

Qeyd edək ki, həm Ayətullah Xomeyni, həm də Ayətullah Behcəti İranda məşhur din xadimləri, sanballı şəxsiyyətlər sayılırlar. Rəşad Dağlını üzr istəməyə məcbur edən də Azərbaycandakı möminlərin onun səsləndirdiyi həmin meyxana misrasından narazı qalmalarıdır.

Meyxana ustası özü də üzr videosunda sözlərini geri götürməsini dindarların narazılığı ilə əlaqələndirərək deyib:

"Qafiyənin uyğunsuz olmağından, bir az sözün bədahətən olmağından, tələskənlikdən fikrimi düzgün çatdıra bilməmişəm. Bu da qardaşlar arasında, xüsusən də mömin qardaşlar arasında haqlı narazılığa səbəb olub...

Belə alındığına görə qardaşlara demək istəyirəm ki, bunu bədahətən sözün qüsuru, nöqsanı kimi qəbul edib mənim bu açıqlamamı səmimi üzrxahlıq kimi qəbul edəsiniz”.

Rəşad Dağlının qalmaqala səbəb olmuş meyxana deyişməsinin videosunu təqdim edirik:


 

OXŞAR XƏBƏRLƏR

Mbappe xəstəlikdən arıqladı

Fransa millisinin və “Real Madrid”in hücumçusu Kilian Mbappe kəskin qastroenterit xəstəliyinə görə arıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. &n...

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Əraqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   Sfera.az xəbər verir ki, bunu İranın xarici işlər ...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...