Aytən Məmmədovaya hücuma görə cinayət işi açıldı
15:53 / 09.05.2022
1291
Jurnalist Aytən Məmmədovanın naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı istintaq hərəkətləri davam etdirilir.
Onun diqqətinə çatdırılıb ki, fakt üzrə bütün zəruri tədbirlər icra olunur.
Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.