Pərvin Kərimzadə: Tezliklə Zəngilanın əzəli sakinlərinin tarixi torpaqlarına əbədi Qayıdışının şahidi olacağıq
Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirən 44 günlük Vətən müharibəsi otuzillik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsinin hər günü işğal altında qalan kənd və şəhərlərimizin azad edilməsi ilə Zəfər salnaməsinin şanlı səhifələrinə çevrildi.
44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun hərbi gücü, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində tarixi Azərbaycan torpaqları –şəhər, kənd və qəsəbələrimiz, strateyi yüksəkliklərimiz əsl sahiblərinə qaytarıldı. Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı tarixi torpaqlarımızda bütün infrastrukturu dağıtdı , yeraltı və yerüstü sərvətləri tala dı , maddi mədəniyyət nümunələrini yox etdi . Ermənilər ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silməyə cəhd ediblər. Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən qeyd edib ki, "Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib.
Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir” Zəngilan rayonunda ermənilər yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Zəngilanın yerində xarabalıqlar qalmışdı. Bu gün ölkə Başçı sın ın qətiyyəti, cəsarəti, Ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevrilir. Azərbaycanın dövlətçilik tarixinə şərəflə yazılan hərbi, siyasi, diplomatik q ələbələrimizdən sonra bütün işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatımız da öz sözünü deyir.
Prezident İlham Əliyev Zəngilan rayonunda xüsusi nümayəndə ni videoformatda qəbul edərkən bildirib ki, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. "Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır”
Nəqliyyat sisteminin inkişafı Zəngilanı Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri baxımından vacib bir məntəqəyə çevirməklə bərabər, rayonun sosial-iqtisadi inkişafına ciddi töhfə verəcək. Nəqliyyat infrastrukturu Zəngilanın və ümumən Şərqi Zəngəzurun zəngin təbii resurslarının turizm potensialını reallaşdırmaq prosesini sürətləndirəcək. Böyük Qayıdış üçün bütün mövcud potensiallar səfərbər olunub. Ağalı kəndi "ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulur. Bu kənddə müasir məktəb, uşaq bağçası, poliklinika tikilir. Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Burada "ağıllı tədris”, "ağıllı səhiyyə” və "ağıllı kənd təsərrüfatı” sistemləri də həyata keçiriləcək. Zəngilanın, eləcə də digər ərazilərimizin bu gün necə sürətlə dirçəldiyinin şahidi oluruq. Zəngilanın ölkəyə reinteqrasiyası və rayon sakinlərinin – keçmiş məcburi köçkünlərin qayıtması üçün zəruri şəraitin yaradılmasına xidmət edən əsas infrastruktur və digər obyektlər sürətlə inşa edilir .
Görülən bütün
işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. Bütün maliyyə və texniki imkanları, kadr potensialı layihələrin icra
olunması üçün peşəkar şəkildə səfərbər olunub.
Bu gün Zəngilanda reallaşan layihələr Böyük Qayıdışın tərkib
hissəsidir, tezliklə bu gözəl diyarın əzəli sakinlərinin tarixi
torpaqlarına əbədi Qayıdışının şahidi olacağıq.
Hörmətlə,
Pərvin Kərimzadə
Millət vəkili;






