Logo

Azərbaycanda bu məhsullar xüsusi təyinatlı qida hesab ediləcək

Azərbaycanda bu məhsullar xüsusi təyinatlı qida hesab ediləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycanda xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir.

Sfera.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ "Qida təhlükəsizliyi" haqqında yeni qanun layihəsində əksini tapıb.

Qanun laytihəsinə əsasən, xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir:

- uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları;

- gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları;

- insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları.

Qeyd edək ki, qanun layihəsi üçüncü oxunuşda Milli Məclis tərəfindən qəbul edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR