İTV-də baş direktor üçün tələb olunan sənədlər
Kateqoriya məlum deyil
Xəbər verdiyimiz kimi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar bu vəzifəyə sənəd qəbulu elan edilib.
İTV-dən Sfera.az-a verilən məlumata görə, namizədlərdən aşağıdakı sənədlər tələb olunur:
- Ərizə;- Tərcümeyi-hal;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Əmək kitabçasının surəti;
- Kadrların şəxsi uçot vərəqi (doldurulmalı və üzərinə fotoşəkil vurulmalı);
- Ali təhsil haqqında dövlət sənədinin (diplomun) surəti.
Qeyd edək ki, sənədlər mayın 6-dan 15-nədək Audiovizual Şuraya (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315; telefon: 012-598-36-59) təqdim edilməlidir.





