Logo

AZAL Bakıdan Ammana birbaşa reys açır

AZAL Bakıdan Ammana birbaşa reys açır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İordaniyanın paytaxtı Ammana birbaşa reys açır.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Bakı-Amman istiqamətində birinci reys mayın 10-da həyata keçiriləcək, Ammandan Bakıya qayıdış isə mayın 17-də nəzərdə tutulub. Deməli reyslər hər həftənin çərşənbə axşamı günləri həyata keçiriləcək.

Biletlərin ilkin satış qiyməti may ayı üçün 665 manat, iyun ayı üçün 869 manat, iyul ayı üçün isə 1 187 manatdır.

Xatırladaq ki, birbaşa aviareysin açılması məsələsi bu il aprelin 4-də AZAL-ın prezidenti Cahangir Əsgərovun İordaniyanın Azərbaycandakı səfiri Sami Asem Qoşeh ilə keçirdiyi görüşdə müzakirə olunub.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR