Üç regional idarəyə rəis TƏYİN EDİLDİ - FOTOLAR
Kateqoriya məlum deyil
Yeni yaradılan Quba-Xaçmaz, Şərqi Zəngəzur və Lənkəran-Astara Regional Təhsil İdarələrinə rəis təyin olunub.
Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə Rüfət Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə Fuad Bədəlov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəisi vəzifəsinə isə Elxan Nəcəfov təyinat alıb.
Qeyd edək ki, Rüfət Hacıyev bu təyinatadək Quba Rayon Təhsil Şöbəsinin müdiri, Fuad Bədəlov isə Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb./Unikal/









