“Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” forumu keçirildi - FOTO
Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı yeni layihəyə start verib.
Sfera.az xəbər verir ki, layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq, praktiki yolların tapılması istiqamətində ekoloji tədbirlər keçirməkdən ibarətdir.
29.04.2022-ci il tarixində layihə öz işinə "Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” forumu ilə başlayıb.
Forum Azərbaycanda plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə ölkənin turizm potensialını daha da artırmaq məqsədilə hökumət və maraqlı tərəflər üçün platforma yaradacaq.
Forumda gənclər və könüllülərlə yanaşı BMT-nin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "Təmiz şəhər ASC” nin və qeyri-hökümət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Forumun açılış nitqini Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev etmişdir. Daha sonra foruma dəvət edilmiş qonaqlar: Ülkər Süleymanova - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələr üzrə meneceri, Mehman Nəbiyev - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət Şöbəsinin sektor müdiri Mehman Nəbiyev - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət Şöbəsinin sektor müdiri, Rəşad Hüseynov - BMT-ninnin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi, Samir Mehraliyev - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri, Orxan Cabbarov - "Təmiz şəhər ASC”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri çıxış edərək gəncləri görülən işlər barədə məlumatlandırılıblar
Forumun ikinci hissəsi panel müzakirələrlə davam edib. Panel müzakirələrin moderatoru Nahid Quliyev - Azərbaycan Könüllülər İctimai Birliyinin vitse-prezidenti ekspertləri və forumun mövzusunun aktuallığı barədə iştirakçıları məlumatlandırılıb. Ekspertlər: Səyyarə Məmmədova - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Orxan Cabbarov - "Təmiz şəhər ASC”nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri,Gülsara Qasımova - Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfir gənclərin suallarını cavablandırmış və təkliflərini dinləmyıblər.
Forumun sonunda iştirakçılara Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən sertifikatlar təqdim edilib.
Layihənin davamı olaraq aprelin 30-da Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən "Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində "Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında 100-ə yaxın könüllünün iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcəkdir.
Kampaniyanın məqsədi ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-nin Ətraf Mühit proqramı modelini ölkəmizdə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığını yüksəltməkdir.
Ümumilikdə layihə vasitəsilə gənclər arasında ekoloji maarifləndirmə işi aparılacaq, gənclər ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırılacaq, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə onların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradılacaqdır. Xüsusilə plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumat paylaşılacaqdır.





