Sumqayıtdakı yanğında 5 FHN əməkdaşı xəsarət alıb - YENİLƏNDİ
TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, yanğında xəsarət alma halı ilə bağlı əlavə heç bir müraciət daxil olmayıb.
Qeyd edək ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir.
***
Sumqayıtda baş vermiş yanğında daha 2 FHN əməkdaşı xəsarət alıb.
Beləliklə, xəsarət alan yanğınsöndürənlərin sayı 5-ə çatıb.
***
21:55
Sumqayıtda "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğında daha 2 FHN əməkdaşı xəsarət alıb.
Sfera.az-ın məlumatına görə, onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
Bununla yanğında xəsarət alan yanğınsöndürənlərin sayı 3-ə çatıb.
***
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın davam edir.
TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub.
Bildirilib ki, 1 nəfər yanğınsöndürən aşağı ətrafın yanığı ilə hospitalizasiya olunur.






