Kamran Əliyev iki rəis təyin etdi
Kateqoriya məlum deyil
Baş Prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinə yeni rəis təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
K.Əliyevin əmri ilə bu vəzifəyə Tural Aslanov təyinat alıb.
Həmçinin, Baş prokurorun əmri ilə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə Rövşən Abdullayev rəis təyin edilib.






