Metroda qatar yoluna düşən qızlar azyaşlıdır - RƏSMİ
16:54 / 27.04.2022
1650
Bu gün Bakı metrosunda qatar yoluna düşərək qaçan qızlar azyaşlılardır.
Sfera.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Qızlar xəsarət almayıblar. Onların valideynləri ilə söhbət aparılır. Araşdırmanın nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin məlumatına görə, iki qız "20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. Bu səbəbdən "20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə "20 Yanvar” stansiyasına çıxarılıb.