SON DƏQİQƏ - Türkiyədə güclü partlayış: 1 ölü, 11 yaralı - YENİLƏNİB - VİDEO - FOTO
Kateqoriya məlum deyil
Türkiyənin cənub-şərqində Diyarbəkirin Çinar əyalətində partlayış baş verib. Trend bu barədə Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.
Partlayış nəticəsində bir polis əməkdaşı həlak olub, 11 nəfər isə yaralanıb.
Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.
------------
15:26
PKK terrorçuları Türkiyənin Diyarbəkir şəhəri, Çınar rayonunda polis nəzarət-buraxılış məntəqəsinin qarşısında partlayış törədiblər.
"
----------
15:02
Türkiyənin cənub-şərqində Diyarbəkirdə partlayış baş verib.
Sfera.az bildirir ki, Trend bu barədə Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.
Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.
Xəsarət alanlar barədə hələ məlumat verilmir.






