Çoxuşaqlı analara sığorta stajı hədiyyə ediləcək
Kateqoriya məlum deyil
Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi haqqında məlumat verib.
Sfera.az-ın məlumatına əsasən, Musa Quliyev bildirib ki, layihədə çoxuşaqlı qadınlara və sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə edilməsi təklif olunur.
"Dəyişikliyə əsasən, 8-ci maddədə adıçəkilən şəxslərə - çoxuşaqlı qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara analoji proaktiv pensiya təyinatı mümkün olacaq və onlara da 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək”, - deyə deputat bildirib.





