DİN-in Mətbuat Xidmətində yeni kadr təyinatı oldu
Kateqoriya məlum deyil
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni kadr təyinatı olub.
Sfera.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov həmin Xidmətin bölmə rəisi vəzifəsinə təyin edilib.Qurumun Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.






