Logo

Azərbaycanda bu radiosnun yayımı dayandırıldı

Azərbaycanda bu radiosnun yayımı dayandırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan Sfera.az-a bildirilib ki, iclasda 15–22 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü radio yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

20 aprel 2022-ci il tarixdə "Azad Azərbaycan" radiosunun efirində saat 19.00- 20.00 aralığında 13 dəqiqə 55 saniyə reklamın yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələbinin pozulması faktı qeydə alınıb.

Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası "Azad Azərbaycan" radiosu proqramlarının yayımının 28 aprel 2022-ci il tarixdə saat 21.00-dan 24.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR