Bu mallarının istehsal xərcləri xeyli artdı - Son illərin ən yüksək səviyyəsi

Bu mallarının istehsal xərcləri xeyli artdı  -  Son illərin ən yüksək səviyyəsi
Bu il yanacağın, gübrənin və taxılın bahalaşması kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin (maya dəyərinin) nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olub.  

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin martında kənd təsərrüfatı məhsullarının maya dəyəri ötən ilin eyni ayına nisbətən 16,4 faiz artıb.

Artım özünü həm bitkiçilik, həm də heyvandarlıq sahələrində göstərib.

Amma daha çox artım bitkiçilikdə qeydə alınıb. Bitkiçilikdə istehsal qiymətləri 22,2 faiz artmaqla son illərin ən yüksək səviyyəsinə çatıb.
Heyvandarlıqda isə istehsal xərcləri təxminən 11 faiz artıb.

Qeyd edək ki, bu il ərzaq məhsullarının satış qiymətində 17,4 faizlik artım baş verib. Ərzaq mallarının bahalaşmasında kənd təsərrüfatı mallarının istehsal xərclərinin artması önəmli paya sahibdir.


Vasif
Sfera.az

 
 

OXŞAR XƏBƏRLƏR