Logo

İstixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı - FOTO

İstixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İstixanada narkotik tərkibli bitkilər yetişdirən Saatlı rayon sakini saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Mollavaizli kənd sakini Qismət Rustamov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı Q.Rustamov qanunsuz əməllə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR