Logo

Sürücülərin NƏZƏRİNƏ: 24 aprel 06:00-dək...

Sürücülərin NƏZƏRİNƏ: 24 aprel 06:00-dək...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-cü kilometrində yerüstü piyada keçidinin üst konstruksiyasının quraşdırılması ilə əlaqədar 24 aprel tarixində saat 05:00-dan 06:00-dək yolun qeyd edilən hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən saatlarda sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - AAYDA qeyd edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR