Logo

Ciddi nöqsanlara yol verən 200-dək hakim məhkəmə sistemindən kənarlaşdırıldı

Ciddi nöqsanlara yol verən 200-dək hakim məhkəmə sistemindən kənarlaşdırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə qanunvericiliyin tələblərinin pozulmasına, o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə hakimlər barədə 300-dən çox intizam icraatı başlanıb.

Sfera.az-ın xəbərinə görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında bildirilib.

Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə keçirilən iclasada qeyd olunub ki, ciddi nöqsanlara yol verən 200-dək hakim müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırılıb. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, 9 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub.

Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb: "Hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin yeni Qaydalarına uyğun olaraq ötən il 220-dən çox hakimin fəaliyyəti Şura tərəfindən prinsipial qiymətləndirilib, aidiyyəti materiallar əsasında zəruri təhlillər aparılıb. 5 nəfərin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq təkrar qiymətləndirilmələri qərara alınıb".

İclasda, həmçinin fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilib, işində dönüş yaratmadıqlarına görə 4 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb. Qanunvericiliyin tələblərinin pozulmasına görə apellyasiya məhkəmələrinin 4, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Həmçinin korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR