İsmayıllıda yeni tibb mərkəzinin açılışı oldu - FOTOLAR
Kateqoriya məlum deyil
İsmayıllıda peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş "Vitamin” özəl tibb mərkəzinin açılışı olub.
Sfera.az xəbər verir ki, açılış İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının, hüquq-mühafizə orqanlarının, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.
Tibbi mərkəzdə xəstələrin müayinə və müalicəsi, eyni zamanda tibbi personalın rahat şəkildə fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb. Əvvəllər bəzi müayinə və müalicələr üçün qonşu rayonlara üz tutan rayon sakinləri bundan sonra yeni klinikanın xidmətlərindən istifadə edə biləcəklər. Peşəkar həkimlərin fəaliyyət göstərdiyi bu müəssisə deməyə əsas verir ki, qonşu rayonlardan da tibbi müayinələr üçün bura müraciət edənlər olacaq.
Sonda tədbir iştirakçıları klinikanın imkanları ilə yaxından tanış olublar.






