Logo

AMEA-nın yığıncağının proqramı məlum olub: yeni prezident seçkisi yoxdur...

AMEA-nın yığıncağının proqramı məlum olub: yeni prezident seçkisi yoxdur...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aprelin 27-də keçirilməsi nəzərdə tutulan Ümumi yığıncağının proqramı məlum olub.

Sfera.az-ın məlumata görə, yığıncağı giriş nitqi ilə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov açıq elan edəcək.

Yığıncaqda 8 bölmənin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında hesabatları dinləniləcək.

Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Nizamnaməsi haqqında məlumatla çıxış edəcək.

Bundan başqa, tədbirdə "Elm günü” münasibətilə AMEA-nın Fəxri fərmanlarının təqdimatı olacaq.

Gündəlikdə Akademiyanın yeni prezidentinin seçilməsi məsələsi yer almayıb. (Report)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR