Logo

Koronavirusa yoluxanların sayı AÇIQLANDI

Koronavirusa yoluxanların sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir.

Ölkədə son sutka ərzində 3331, hazırkı dövrədək isə 6 788 729 test aparılıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR