Bərdədə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirildi
Kateqoriya məlum deyil
Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Dövlət İdarəetmə və Texnologiya kollecində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbiri keçirilib.
Sfera.az xəbər verir ki, tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı Polis Akademiyasının sonuncu kurs kursantları da iştirak ediblər.
RPŞ-nin rəisi, polis polkovniki Muradəli Babayev və digər çıxışçılar narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. "Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışılıb. Narkomaniyanın yayılmasının qarşısının alınması üçün birgə mübarizə tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.






