Logo

Rafael Cəbrayılovun qardaşı həbs edildi - FOTO

Rafael Cəbrayılovun qardaşı həbs edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabiq deputat, həbsdə vəfat etmiş Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində məhkəmə qərarından apellyasiya protestinə baxılıb.

Sfera.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun araşdırdığı şikayətələ bağlı qərar elan olunub.

Qərarə əsasən, prokurun verdiyi protest təmin olunub. Elşən Cəbrayılov barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilərək, məhkəmə zalında həbs edilib.

Rafael Cəbrayılovun qardaşı həbs edildi - FOTO

Xatırladaq ki, Elşən Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub.

Vətəndaşlar şikayətində qeyd ediblər ki, aldıqları mənzillər E.Cəbrayılov tərəfindən başqa şəxslərə də satılıb. Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsində onunla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılaraq həbs-qətimkan seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Nərimanov rayon Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilməyərək, Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR