Nazirdən ƏMR - Yüksək rütbəli polisi sərəncama götürdü
Kateqoriya məlum deyil
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə yüksək rütbəli polis zabiti sərəncama götürülüb.
Sfera.az-ın yerli bürosunun əldə etdiyi ilkin məlumata görə, Samux rayon Polis Şöbəsində çalışan polis polkovnik - leytenantı Fikrət Musayev sərəncama götürülüb.
O, sözügedən polis şöbəsində əməliyyat işləri üzrə müavin vəzifəsini icra edib.
Nuray






