Logo

İsmayıllıda növbəti görüş: Vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi - FOTOLAR

İsmayıllıda növbəti görüş: Vəzifəli şəxslərə müvafiq tapşırıqlar verildi - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Vətəndaşların problemlərinin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davam etdirilir.

Sfera.az xəbər verir ki, növbəti səyyar görüş İsmayıllının Ruşan kəndində keçirilib. Səyyar görüşdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə vətəndaşlar tərəfindən kəndə qaz xəttinin çəkilməsi, elektrik və su təchizatının yaxşılaşdırılması, kəndarası yolların və Vəng kəndinə gedən yolun təmir edilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR