Deputat Ülvi Quliyev qəbul keçirdi - FOTO
Kateqoriya məlum deyil
Milli Məclisin deputatı Ülvi Quliyev bu gün qəbul keçirib.
Sfera.az xəbər verir ki, qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq, təhsil, idman, əmlak və torpaq məsələləri ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən digər məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq aidiyyəti üzrə qurumlara müraciətlərin ediləcəyi bildirilib.






