Ziya Məmmədovun nəvəsinin bahalı “oyuncağı” neçəyə başa gəlib? - ŞOK QİYMƏT

Ziya Məmmədovun nəvəsinin bahalı “oyuncağı” neçəyə başa gəlib? - ŞOK QİYMƏT
Bu gün keçmiş nəqliyyat naziri Ziya Məmmədovun nəvəsi balaca Ziya üçün xüsusi avtomobil hazırlandığı barədə məlumat yayıldı. Sabiq Nəqliyyat nazirinin adını daşıyan nəvəsi üçün bahalı "Mercedes Viano” markalı maşın alınaraq, Türkiyədə lüks yığdırılıb, komfortlaşdırılıb. Hətta içində "unitaz"ı olan lüks maşında nəvə Ziyanın görüntüləri tanınmış türk iş adamı Erbakan Malkoç tərəfindən paylaşılıb.

E.Malkoç qeyd edib ki, bu maşın Ziyanın öz seçimi ilə yığılıb. Uşaq maşını bəyəndiyini deyib. Düzdür, Ziya Məməmədov açıqlamasında bunu "boş söhbət” adlandırdı, amma xəbəri təkzib də etməyib.

Bəs kimdir bu Erbakan Malkoç?
 


Sfera.az Gundem.az-a istinadən xəbər verir ki, Malkoç Türkiyənin Ərdəhan şəhərində dünyaya gəlib. O, "DizaynVİP” şirkətinn təsisçisi və sahibidir.
"DizaynVİP” 1992-ci ildə cəmi 20 kvadratmetrlik ərazidə qurulub, hazırda 10 min kvadratmetr sahəyə malik fabriki və 100-dən çox işçisi ilə dünyada avtomobillərin xüsusi sifarişlə yığılmasını həyata keçirən ən qabaqcıl şirkətlərdən biridir. Bu şirkət "Mercedes”in bu sahədə yeganə rəsmi partnyorudur.
Malkoç müsahibələrinin birində deyib ki, onun şirkəti Səudiyyə Ərəbistanı kralından tutmuş Qətər şeyxlərinə, Azərbaycanın bir çox nazirlərinə, Rusiya və Çindən olan bir çox zənginlərə, habelə Türkiyənin Ajda Pekkan kimi məşhur ulduzuna qədər bir sıra şəxslərin "Mercedes”lərini xüsusi sifarişlə yığıb.
Erbakan Malkoçun bildirdiyinə görə, onun şirkəti ildə 300 avtomobil yığır və bunun 80-90 faizini xaricə ixrac edir. Onun sözlərinə görə, avtomobillərin salonunda bütün işlər əllə görüldüyündən müştərilərin sifarişlərini çatdıra bilmirlər. Nəticədə müştərilər 7-8 ay gözləməli olur.
 

Avtomobillərin yığılmasında texnologiyanın ən son nailiyyətlərindən istifadə edən Malkoçun səslə idarə olunan ilk avtomobilini 15-ci Autoshow Sərgisinə çıxarıb. Avtomobilin sahibi "televizoru aç” deyəndə televizor açılır, yaxud "oturacağı endir” əmri alan avtomobil bu əmri yerinə yetirir.

Bəs, bu avtomobillər müştərilərə neçəyə başa gəlir?
 
Məlumata görə, müştərinin istəyinə uyğun olaraq qiymət 300 min avrodan başlayır, bir milyona qədər yüksələ bilir.




Yeri gəlmişkən, keçmiş türkiyəli qapıçı Rüştü Rencberin həyat yoldaşı Işıl Rencbər üçün məhz Malkoçun şirkətindən avtomobil dizayn etdirib. Türkiyə mətbuatının yazdığına görə, bu futbolçuya 300 min avroya başa gəlib.
 

OXŞAR XƏBƏRLƏR