Logo

Bakı metrosunda sərnişinlər təxliyə ediliblər - SƏBƏB AÇIQLANDI

Bakı metrosunda sərnişinlər təxliyə ediliblər - SƏBƏB AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakı Metropoliteni” QSC-nin "Həzi Aslanov-İçərişəhər” xəttində hərəkət edən qatarın sonuncu vaqonunda pis qoxu olması səbəbindən sərnişinlər təxliyə ediliblər.

Sfera.az xəbər verir ki, bunu açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Qatara baxış keçirilib, hər hansı texniki problem aşkar olunmayıb. Lakin vaqonda spesifik qoxu olub. Baxış keçirilib və məlum olub ki, nasazlıq yoxdur. Bəzən dəmir-dəmirə sürtünəndə belə qoxular ola bilir. Sadəcə olaraq qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb. Xəttə yeni qatar verilib. Qoxunun aradan qalxması üçün qatarda havalandırma olacaq və qoxu çəkildikdən sonra həmin qatar da işini davam etdirəcək”, - B. Məmmədov qeyd edib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR