Logo

Sumqayıtda mərmi partlayıb, ölən var

Sumqayıtda mərmi partlayıb, ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıtda həyətdə tapdığı mərmini laqunda ilə kəsən şəxs partlayış nəticəsində ölüb.

Sfera.az bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hadisə Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, avqustun 12-də saat 13 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib.

Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb. Həyətdə olan "Tavriya” markalı avtomobil isə yanıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR