Təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir
Kateqoriya məlum deyil
Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir.
Sfera.z xəbər verir ki, bu, "Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Belə ki, qanun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 7.0-cı maddəsində və "Təhsil haqqında” qanunun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.
Bundan əlavə, qanunun "Əsas anlayışlar” adlanan birinci maddəsinə "inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində "pedaqoji işçi” termininin "müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.






