Logo

29 il sonra Başlıbel qətliamının baş verdiyi kənddən REPORTAJ - FOTOLAR

29 il sonra Başlıbel qətliamının baş verdiyi kənddən REPORTAJ - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Başlıbel qatilamın 29 cu il dönmü ilə bağlı Kəlbəcərə səfər təşkil edilib.

Sfera.az-ın ezam olunan müxbirinin xəbərinə görə, səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan səfərdə qətliam qurbanlarının ailə üzvləri,  113 gün mühasirədə yaşayan  şəxslər, mediya nümayəndələri  iştirak edib.


Kəlbəcərin bu dilbər guşəsinə hərəkət etdikcə  qətliamın izləri bir daha yad düşür. Düşmən Başlıbel kəndini tamami ilə xarabaya çevirib. Evlər dağıdılıb, yandırılıb.

Kəndinin keçdikdən sonra sıldırım qayalıqların içərisində olan mağaralar görünür. Hansı ki, qətliam zamanı Başlıbeldə uşaqlı-qocalı hər kəs bu mağarada gizlənib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonu sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. Aprelin 18- isə düşmən mağararlda gizlənən insanların yerini müəyyən edir.

Rəsmi rəqəmlərə görə,  1993- cü ilin bu günü baş verən Başlıbel qətliamına 12 nəfər (1-i 12 yaşlı uşaq, 1-i 16 yaşlı yeniyetmə, o cümlədən 6 kişi olmaqla) –sığındıqları yerdə öldürülüblər. 19 nəfər kənd sakini  isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.

Qətlə yetirilən soydaşlarımız bir neçə gün sonra gecə qaranlığında elə Başlıbel kəndinin bəzi sakinləri tərəfindən  mağaraların yaxınlığında dəfn edilir. Səfər zamanı həmin şəxslərin məzarları ziyarət olunub,ruhlarına dualar oxunub.

Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi, işğal zamanı 1900 nəfərə yaxın sakini olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR