Logo

Azərbaycanda rayonlar birləşdirilir? – AÇIQLAMA

Azərbaycanda rayonlar birləşdirilir? – AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təkliflər var ki, rayon icra hakimiyyətləri birləşdirilsin, sayı azaldılsın".

Sfera.az -ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ARB24-də yayımlanan "Peşəkar mübahisə” verilişində bildirib.

S.Novruzov xatırladıb ki, iki rayon ləğv edilərək Gəncə şəhərinə birləşdirilib: "1990-cı illərdə 10-a yaxın rayon yaradılıb. Məsələn, böyük rayonu iki hissəyə bölüblər..."

 Deputatın sözlərinə görə, rayonları birdən-birə birləşdirib 16-17 rayon yaratmaq olmaz: "Mərhələli şəkildə rayonları birləşdirmək mümkündür. Əvvələr belə fikir vardı ki, ölkədə 8 zona yaradılsın, sonradan iqtisadi zonalar yaradıldı. Təbii ki, bu, cənab Prezidentin səlahiyyətində olan məsələdir. İslahatlar aparılır, bələdiyyələr də yeni strukturlara uyğun formalaşdırılacaq".Pravda.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR