İcra başçısının müsadirə edilən əmlaklarının TAM SİYAHISI

İcra başçısının müsadirə edilən əmlaklarının TAM SİYAHISI
Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin müsadirə edilən əmlaklarının tam siyahısı məlum olub.
 
Sfera.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündə göstərilib ki, iş üzrə "DOST” İş Mərkəzi MMC-nin mülki iddiası təmin edilib. İ.Vəliyevdən 181 459 manat alınıb, MMC-nin xeyrinə verilsin.

Hökmə əsasən, onun 12 əmlakı dövlət nəfinə xüsusi müsadirə edilib.

İ.Vəliyevin müsadirə edilən əmkakların tam siyahısını təqdim edirik:

Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, ev 2 B, mənzil 32,
Gəncə şəhəri, Nizami rayonu, Fətəli Xan Xoyski küçəsi, 62 ünvanında yerləşən fərdi yaşayış evi
Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 535-ci məhəllədə yerləşən 1,6 kv.m qeyri-yaşayış sahəsi
Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 45
Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 44,
Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi ev 6, mənzil 2

Qobustan rayonu, Mərəzə qəsəbəsi, Şikar Şikarov küçəsi, 0.12 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı 151.5 kv.m yaşayış, 306.6 kv.m köməkçi sahədən ibarət 136 nömrəli fərdi yaşayış evi

Qobustan rayonu, Xilmilli kəndində 3.69 ha torpaq sahəsində yerləşən 2302.1 kv.m ümumi, 2302.1 kv.m əsas sahədən ibarət əmlak kompleksi kimi müəssisə (Xırman binası)

Qobustan rayonu, Mərəzə qəsəbəsi, 0.1025 ha torpaq sahəsində yerləşən 7 girişli, 234.3 kv.m ümumi, 234.3 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası

"Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan və Neftçala şəhəri, M.Ə.Sabir küçəsi 341A ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisə
Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən ümumi sahəsi 3800 kv.m olan "Yurdum” adlı ictimai iaşə obyekti
Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən 3800 kv.m əraziyə bitişik 1600 kv.m torpaq sahəsi və üzərindəki tikili
Qeyd edək ki, İ.Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2020-ci ilin fevralında həbs edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum olunub.

OXŞAR XƏBƏRLƏR