YPX əməkdaşı avtomobili əlimizdən ala bilərmi? - VİDEO
Sürücü etiraz edib kömək istəsə də, yol polisi onun dediyini dinləmir. Ümumiyyətlə Yol Patrul Xidmətinin (YPX) əməkdaşı saxladığı avtomobili özü sürərək cərimə meydançasına aparır. Hətta bəzi hallarda sürücü də avtomobildən düşürlür. Bəs qanun buna icazə verirmi? Yol Patrul Xidməti haqda təlimatda açıq-aşkar qeyd olunur ki, sürücü icazə verməsə yol patrul xidmətinin əməkdaşı sükan arxasına əyləşə bilməz. Yalnız maşın evakuatorla müvəqqəti duracağa aparıla bilər.
Hüquqşünas deyir ki, sürücü sükanı YPX əməkdaşına həvalə edirsə, deməli hansısa hadisə baş verərsə, sükan arxasında olan məsuliyyət daşıyır.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən hansısa münasibət bildirilmədi.
Qeyd edək ki, vaxtaşırı sosial şəbəkələrdə, mediada gedən görüntülərdəki faktlar YPX haqqında təlimatda yazılanlara əks olduğunu üzə çıxarır. Bəzən sürücülər yolda düşürülür və onların mənzil başına belə necə gedəcəyi heç kimə maraqlı olmur. Bu həm də sürücülərin öz hüquqlarını bilməməsindən sui-istifadə etməkdir.
“ATV Xəbər”






