Logo

Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub

Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın xəstəxanalarına 69 yeni həkim təyin olunub.

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirlikdə bu ilin fevral ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı qurumun kollegiyasının müvafiq qərarı ilə təsdiq olunan "Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.

Belə ki, pediatriya, nevrologiya, kardiologiya, stomatologiya, onkologiya, oftalmologiya, revmatologiya və digər ixtisaslar üzrə 69 həkim-mütəxəssis təyinatda iştirak edib. Həkim-mütəxəssislər təyinat zamanı onlara təklif olunan həkim vəzifələri üzrə mövcud vakant yerlərdən seçim edib və onlara iş yerlərinə göndəriş verilib.

Qeyd edək ki, həkim-mütəxəssislər göndərişlə işə qəbul olunduqları tarixdən etibarən 3 il müddətində həmin tibb müəssisələrində işləməlidirlər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR