Logo

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanlıldı

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanlıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı Şəhər Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu Ramana qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sfera.az-a məlumat verilib.
 
İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd "Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.
 
Aqil Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini bildirib.
 
Faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR