Logo

Nahid Bağırov bir qrup vətəndaşla görüşdü - FOTOLAR

Nahid Bağırov bir qrup vətəndaşla görüşdü - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib.

Sfera.az xəbər verir ki, rayon sakinləri fərdi qaydada qəbul edilib, onları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.

Hər bir vətəndaşın müraciətinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verilib.

Bundan başqa qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR