Azərbaycanlı həkimlər üçün tibbi estetik təlim proqramı təşkil edilir
Türkiyədə tibbi estetik təlimlər sahəsində tanınan "Medent Academy” may ayında Bakıda Azərbaycanın estetik həkimləri üçün təlimlər təşkil edəcək.
Sfera.az xəbər verir ki, təlim müddətində botoks, dermal dolğu, mezoterapi və ip asqı metodları həm nəzəri, həm də praktiki olaraq işlənəcək. Təlimdə iştirak edən həkimlər bu metodların praktiki məqamları, tədris üsulları və yolları haqqında məlumatlandırılacaqdır. Təlimin sonunda sertifikat təqdimatı və qala şam yeməyi baş tutacaq.
Qeyd edək ki, təlimçi həkim özünün yaratdığı elif maye "facelift” və qəmzə estetiki metodları ilə medikal estetik sahəsində həm Türkiyədə, həm də dünyada tanınan Dr. Nejat Candır.
Təlimlər 7-8 may tarixlərində, səhər saat 11:00 ilə axşam 19:00 arasında olmaqla, ümumilikdə 16 saatlıq tədrisi əhatə edir. Proqram sonrasında praktikantlara Avropa Birliyi də daxil olmaqla, dünyanın 170 ölkəsində keçərli olan və akkreditasiyası təsdiqlənən sertifikatlar təqdim olunacaq.
Təlim "Badamdar Hotel Baku”da (keçmiş Kempinski otel) baş tutacaq. Yerlərin sayı məhdudur, qeydiyyat və əlavə məlumat üçün əlaqə saxlaya bilərsiniz:
Instagram: @medentacademy
Telefon və Whatsapp: 055 263 69 19






